Avro-2020-nin seçmə mərhələsində 2-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Baxış sayı:
9340

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura yekun vurulub.

Muxalifet.az xəbər verir ki, turun sonuncu oyun günündə 3 qrup çərçivəsində 8 qarşılaşma baş tutub.

İlk matçda Ermənistan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb. J qrupunun digər görüşlərində Bosniya və Herseqovina Yunanıstanı, İtaliya Lixtenşteyni qəbul edib. Bosniyada məhsuldar heç-heçə qeydə alındığı halda, İtaliya doğma meydanda 6 cavabsız qola sevinib.

D qrupunda Gürcüstan İrlandiyanın, Danimarka İsveçrənin qonağı olub. İrlandlar minimal hesabla üstün olublar. Danimarka – İsveçrə matçı isə dramatik alınıb. Meydan sahibləri son dəqiqələrə qədər 3:0 öndə olsalar da, sonda heç-heçəyə razılaşmalı olublar.

F qrupunda isə 3 görüş olub. Rumıniya Farer adalarını, Norveç İsveçi, Malta İspaniyanı qəbul edib. İspanlar səfərdə inamlı qələbəyə, rumınlar doğma meydanda darmadağına seviniblər. Altı qolun qeydə alındığı Norveç – İsveç matçında isə qalib müəyyənləşməyib.

AÇ-2020-nin seçmə mərhələ
26 mart

D qrupu

İrlandiya – Gürcüstan 1:0
Qol: Huriheyn, 36.

İsveçrə – Danimarka 3:3
Qol: Freuler, 19. Caka, 66. Embolo, 76 – Yorgensen, 84. Qyutqyer, 88. Dalsqaard, 90+3.

İrlandiya - 6, İsveçrə - 4, Danimarka - 1, Cəbəllütariq - 0, Gürcüstan - 0.

F qrupu

Rumıniya – Farer adaları 4:1
Qol: Dyak, 26. Keseru, 29; 33. Puşkas, 63 – Davidsen, 40-pen.

Norveç – İsveç 3:3
Qol: Yonsen, 41. Kinq, 59. Kamara, 90 – Klaesson, 70. Kayson, 86; 90.

Malta – İspaniya 0:2
Qol: Morata, 31; 73.

İspaniya - 6, İsveç - 4, Malta - 3, Rumıniya - 3, Norveç - 1, Farer adaları - 0.

J qrupu

Ermənistan – Finlandiya 0:2
Qol: Yensen, 14. Soiri, 78.

Bosniya və Herseqovia – Yunanıstan 2:2
Qol: Vişça, 10. Pyaniç, 15 – Fortunis, 64-pen. Kolovos, 85.

İtaliya – Lixtenşteyn 6:0
Qol: Sensi, 17. Verratti, 32. Kvalyarella, 35-pen; 45-pen. Ken, 70. Pavoletti, 76.

İtaliya - 6, Yunanıstan - 4, Bosniya və Herseqovina - 4, Finlandiya - 3, Ermənistan - 0, Lixtenşteyn - 0.