Norveç ikili vətəndaşlığa icazə verdi - TƏK ŞƏRT VAR
27-03-2019 10:12
Baxış sayı:
8842

Norveçdə ikili vətəndaşlığa icazə verilib.
1 yanvar 2020-ci il tarixindən etibarən Norveçdə ikili vətəndaşlıq almaq mümkün olacaq.
Bu barədə hökumətin rəsmi internet səhifəsindən açıqlama verilib.
Norveçdə ümumilikdə 10 il yaşamaq vətəndaşlığa keçmək üçün kifayət edir. Bu ölkədə dünyaya gələn uşaq isə ana və ya atasının norveçli olması təqdirində Norveç vətəndaşı sayılır.
Qeyd edək ki, Norveçdə ikili vətəndaşlıq qanunu 2016-cı ildə qüvvədən düşmüşdü./Publika