Şəhidimiz bu gün Qazaxda dəfn olunacaq - FOTO
27-03-2019 10:08
Baxış sayı:
8917

Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Şəhid hərbi qulluqçumuz bu gün doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə hərbi xidmətə yollanmışdı. /Azvision.az