Rusiyanın hərbi həmləsindən əvvəl ABŞ-dan çox sərt açıqlama

ABŞ Rusiyanın hərbi təyyarələrinin və personalının Venesuelada yerləşdirilməsini vəziyyəti gərginləşdirəcək tələsik bir cəhd kimi dəyərləndirib.
Qeyd edək ki, mətbuatda Venesuela paytaxtı Karakasın yaxınlarında şənbə günü Rusiyaya aid döyüş təyyarələri və hərbi personalın yerləşdirdiyi bildirilib.
Rusiya Vaşinqtonun Venesuelada özünü müvəqqəti qanuni prezident adlandıran müxalifət lideri Juan Quaidonu dəstəkləməsini hökumət çevrilişi kimi dəyərləndirib.
Kreml isə döyüş təyyarələrinin və personalının Karakasa yerləşdirilməsinə və ABŞ Dövlət Departamentinin qınamasına hələlik bir açıqlama verməyib.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar ertəsi günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Rusiyanın Maduronu dəstəkləyəcəyi təqdirdə Amerikanın da boş oturmayacağını söyləyib.
Müxalifət.az