Kraldan Qüds etirazı: Səfər ləğv edildi
25-03-2019 19:34
Baxış sayı:
5242

İordaniya kralı II Abdullah Rumıniya səfərini təxirə salıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İordaniya Krallıq Divanı informasiya yayıb.
Səfərin təxirə salınmasına səbəb kimi Rumıniya Baş naziri Viorika Dançilenin İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini açıqlaması göstərilib.