ABŞ-lı sənətçi Türkiyədə Müsəlman oldu!

Baxış sayı:
4462

 ABŞ-lı artist Della Miles Yeni Zelandiyada iki məscidə edilən qətliamdan sonra konsert üçün gəldiyi İstanbulda Müsəlman olub.
 
Maykl Jackson və Whitney Hyuston başda olmaqla, bir çox sənətkarın vokalistliyini edən ABŞ-lı Della Miles Türkiyədə Müsəlmanlığı qəbul edib. Təxminən beş aydır ki, İslam dinini araşdıran müğənni Yeni Zelandiyada iki məscidə edilən hücumdan sonra qərarını verib. İstanbulda yerləşən Miles Instagram səhifəsində sözlü şəhadət gətirərək Müsəlman olduğunu bildirib.
İstanbulu gəzən sənətkar Sultanəhməd Məscidi və arxitekturasına heyran qaldığını, evinə asmaq üçün də Türk bayrağı satın aldığını bildirib. Miles baş verən terror hadisəsilə bağlı "Dünyanın bir çox yerində İslamofobiya bir xəstəlik kimi yayılır. İslam sevgi və tolerantlıq dinidir. Verdiyim qərardan dolayı son dərəcə rahatam. Allah məni həyatımın ən gözəl günlərində İslamla mükafatlandırdı" deyib.
Müxalifət.az