Hollandiyadakı təcavüzkar Türkün yaxınlarından açıqlama!

Hollandiyadakı silahlı hücumda 3 adam həyatını itirib, 9 adam yaralanıb. Hücumun şübhəlisi Gökmen Tanışın "ailəvi məsələlərdən" dolayı tramvaydakı gəlinlərini, sonra kömək etmək istəyənlərə atəş açdığı açıqlanıb. Şübhəli təcavüzkarın Kayseridə yaşayan atası Mehmet Tanış, "Övladımla 11 ildir ki əlaqəmiz yoxdur, danışmırıq. Edibsə, cəzasını çəksin" deyib.
Hollandiyadakı təcavüzün Türk əsilli şübhəlisinin yaxalandığı açıqlanıb.
Təcavüzdən məlumatının olmadığını dilə gətirən ata Mehmet Tanış, "Övladımla 11 ildir ki, əlaqəm yoxdur, danışmırıq. 2008-ci ildən bu yana görüşmürəm onunla. Hücumu həyata keçirəcəyi ilə bağlı o insanın o andakı psixoloji vəziyyətini bilmirəm. Eyni evdə yaşadığın övladını da tanıya bilmirsən. Edibsə, cəzasını çəksin. Mən nə edə bilərəm ki. Heç kimin kiminsə canını almasına haqqı yoxdur. Hadisəni törədən Hollandiyadadır, mən buradayam. Mən 11 il əvvəl qayıtmışam. Kim olursa olsun, dediyiniz şəkildə isə nə etdiyini, necə yaşadığını mən bilmirəm. Mən onları, onlar da məni rədd etdi, danışmırıq. Daha əvvəl təcavüzkar hərəkətləri yox idi. Aradan 11 il keçdi. Nə oldu, nələr yaşadı bilmirəm" deyib.
Ata Tanış oğlunun əmisinin qızı ilə evləndiyini, 2 ay sonra ayrıldıqlarını bildirib.
"RUHİ PROBLEMLƏRİ OLAN BİRİDİR"
Hollandiyada yaşayan Türklər polisin hadisənin şübhəlisi olaraq bildirdiyi şəxsi tanıdıqlarını və onun ruhi, ailəvi problemlərinin olduğunu bildiriblər: “Həbsxanada yatmışdı. Hollandiya hökuməti bunu terror adlandırır, amma biz elə güman etmirik" deyib.
Müxalifət.az