"Dünən İnsanovla görüşmüşdüm, xəbəri yox idi" – VƏKİL
16-03-2019 23:29
Baxış sayı:
22588

Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri virtualaz.org-a sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveys Şahverdi deyib.
Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir.
“Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”, - vəkil qeyd edib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxanlar arasında Əli İnsanov da var.