Azərbaycanda qazla işləyən avtomobillər istehsal olunacaq
16-03-2019 10:12
Baxış sayı:
19510
İlin sonuna qədər Azərbaycanda CNG (Sıxılmış təbii qaz) ilə işləyən "Khazar" maşınları istehsal olunacaq.
Bu barədə açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir.
Bununla yanaşı, ASC sədri yaxın gələcəkdə elektrik avtomobillərinin istehsalının mümkün olmadığını vurğulayıb./Azvision