Arda Turandan terror təpkisi! Bir gün gəlir..

Baxış sayı:
17779

Məşhur Türk futbolçu Arda Turan Yeni Zelandiyada iki məscidə cümə vaxtı edilən xain terror hücumuna təpki göstərən bir paylaşma edib.
 
Arda Turan İnstagramda Türkcə və İngiliscə apardığı paylaşmada bu ifadələri işlədib:
“Bütün dinlərdə insan ən müqəddəs varlıqdır. Bu dünyanı gözəlləşdirən, yaşanır vəziyyətə gətirən insandır. Amma yenə eyni insan bəzən bu dünyanı cəhənnəmə də çevirə bilir. Bəzi ağrılar var ki, bütün insanlığın tək yumruq olub təpki verməsini tələb edir. Bu gün də o acılardan birini yaşayırıq. İbadət edərkən caninin güllələrinə hədəf olan insanların yasını tuturuq. Bu açıq bir terror aktıdır və dünyada heç bir din terror hücumuna örtük olaraq istifadə edilə bilməz. Bu, sənin, mənim, onun dərdi deyil. Bu hamımızın acısıdır. O üzdən bütün dünya tək yumruq olub, bu vəhşiliyə təpki göstərməlidir. Acıları ayırd etməyə başlasaq, bir gün o acı gəlir qapımıza dayanır. O üzdən harada yaşanırsa, yaşansın, “Terrora lənət olsun"!
Müxalifət.az