Tramp fövqəladə vəziyyət elan edəcək
15-02-2019 08:05
Baxış sayı:
8296

Ağ Ev sözçüsü Sarah Sanders ABŞ prezidenti Donald Trampın büdcə qanununu imzalamaqla hökumətin açıq qalmasını təmin edəcəyini, ancaq sərhəd təhlükəsizliyi məsələsində "milli fövqəladə vəziyyət" elan edəcəyini açıqlayıb.
Sanders açıqlamasında, "Prezident Tramp daha əvvəl də dilə gətirdiyi kimi, hökumət büdcə qanununu imzalayacaq, ancaq sərhədimizdəki milli təhlükəsizlik və humanitar böhranı dayandırmağımızdan əmin olmaq üçün milli fövqəladə vəziyyət, o cümlədən lazımi rəhbərlik tədbirlərini görəcəkdir" deyib.
Sanders həmçinin, Trampın "Meksika sərhədinə divar" vədini yerinə yetirəcəyini və sərhədləri qorumaq məsələsində lazımi addımları atacağını vurğulayıb.
Müxalifət.az