​Bu gün Bakıda Qarabağ mitinqi keçiriləcək

Baxış sayı:
8206

Bu gün saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Qarabağ mitinqi keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçiriləcək mitinqin təşkilatçısı ictimai, siyasi xadimlərin yaratdığı Qarabağ Komitəsidir.
Mitinqdə "Qarabağa azadlıq" şüarları səslənəcək.
Qeyd edək ki, bu mitinqə həm iqtidar düşərgəsindən, həm də müxalifət düşərgəsində olan partiyaların, falların qoşulacağı gözlənilir. Bundan ötrü mediada və sosial şəbəkələrdə müvafiq çağırışlar edilib.