Qarabağda separatçı ölkələrin futbol turniri keçiriləcək – Növbəti TƏXRİBAT
14-08-2018 12:25
Baxış sayı:
8527

Tanınmamış və qismən tanınmış ölkələrin futbolçularını birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2019-cu ildə Avropa Kuboku yarışlarını işğal altındakı Dağlıq Qarabağ torpaqlarında keçirməyi qərara alıb.
Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, turnir iyun ayında baş tutacaq.
Qeyd edək ki, turnirdə qondarma Dağlıq Qarabağ Respublikası ilə yanaşı, Abxaziya, Dnestryanı, Şimali Kipr Türk Cümhuriyyəti, Cənubi Osetiya, Monako, Qaraçı yığması və s. tanınmayan yaxud qismən tanınan bölgələr daxil edilib.