Daha 3 ölkədən Türkiyəyə dəstək!

Baxış sayı:
5185

Almaniya, İran və Pakistandan Türkiyə haqqında kritik açıqlamalar verilib. Alman Hökuməti, "Türk iqtisadiyyatının sabit olması bizim də marağımızdadır, prosesləri izləyirik" açıqlaması edərkən, İran və Pakistandan da Türkiyəyə dəstək mesajları verilib.
 
Almaniyanın hökumət sözçüsü Steffen Seibert etdiyi açıqlamada, "Türk iqtisadiyyatının sabit olması bizim də marağımızdadır, prosesləri izləyirik. Türk Lirəsinin dəyər itkisini yaxından izləyirik, hazırda həyəcan verən bir vəziyyət yoxdur" deyə, bildirib.
 
PAKİSTAN VƏ İRANDAN DƏSTƏK AÇIQLAMASI
 
Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi sanksiya qərarını tənqid edərək "Pakistan, Türkiyənin regional və beynəlxalq sülh və sabitliyə çox dəyərli rolunu təqdir edir. Eyni zamanda Türkiyə, qlobal iqtisadiyyatın mühərriki və önəmli bir üzvüdür. Pakistan xalqı və hökuməti, Türkiyənin sülh və rifah axtarışına güclü dəstəyini bir daha təkrarlayır və bu ortaq hədəflərə çatmaq yolunda hər zamankı kimi yanında olacaq" açıqlamasını verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi, ABŞ-ın Türkiyəyə qarşı apardığı siyasəti tənqid edərək, Türkiyə üçün hər cür dəstəyə hazır olduqlarını deyib.
İran dövlət televiziyasına danışan Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi, "Başqaları millətlərin iradəsini təhdid edərək zorla dəyişə bilməz. İlk növbədə ölkə başçısının başqa bir ölkəyə iqtisadi təzyiq göstərməkdən zövq almasından təəssüf edirik. Bu üsul bir nəticəyə verməyəcək. Ağıl, məntiq və tolerantlığın dünya ölkələri arasındakı münasibətlərdə əsas alınmasına ümid edirik" deyib.
Müxalifət.az