ABŞ-ın təzyiq mexanizmi - TERRORÇULAR

Baxış sayı:
5188

İraqın Anbar vilayətinin məclis üzvlərindən biri olan Farhan Məhəmməd əl Dulaimi, ABŞ-ın Suriya-İraq sərhədini keçən terror təşkilatı İŞİD üzvlərinə göz yumduğunu iddia edib.
 
 Farhan Məhəmməd əl Dulaimi, İŞİD üzvlərinin hələ də çöllük yerlərdən istifadə edərək, gizlincə Suriya-İraq sərhədini keçdiyini bildirərək," Bu hərəkətlər Amerika hava qüvvələrinin gözü qarşısında baş verir" deyib.
Dulaminin sözügedən açıqlamasını dəyərləndirən İraqlı strategiya mütəxəssisi Əhməd eş-Şarifi isə, Sputnik-ə açıqlamasında "Gələn bütün məlumatlar, Amerikalıların terrorçuların fəaliyyətinə göz yumduğunu göstərir. Təhlükəsizlik təhdidi, Amerikalılar tərəfindən İraqda alınan qərarlara təsir vasitəsi kimi istifadə edilir, bunun bariz nümunəsi hökumətin qurulmasıdır. İŞİD, ABŞ üçün Bağdada təzyiq üçün investisiya layihəsidir" deyib.
 
ABŞ, İRAQA KÖK SALMAQ ÜÇÜN HƏR ŞEYİ EDİR
 
İraqın, Amerikanın milli təhlükəsizliyini təmin etmə siyasətinin bir hissəsi olduğunu bildirən eş-Şarifi, “ABŞ, ilk növbədə prezident Donald Trampın İran və Çini zəbt etmə strategiyasını həyata keçirmək, sonra da Rusiyanın Suriyadakı varlığına qarşı durmaq üçün İraqa ehtiyac duyur. Terrorçular tamamilə məhv edildikdən sonra belə Rusiyanın Suriyadan getməyəcəyi hər kəs üçün aydındır. Bu, uzunmüddətli strateji əməkdaşlığa bir nümunədir. ABŞ, İraqa kök salmaq üçün mümkün olan hər şey edir. İraq və Suriya üzərindən mühüm neft kəmərləri keçir. Üstəlik, bu ölkələr Çindən Yeni İpək Yolunun mümkün halqalarıdır" deyə, şərh edib.
 
SAYLARI GİZLİ SAXLANILIR
 
İraqda diplomatik missiyaların müşavirləri və əməkdaşları adı altında minlərlə Amerikalı əsgərin fəaliyyət göstərdiyini qeyd edən ekspert, sözlərini belə davam etdirib: "Onların dəqiq sayı gizli saxlanılır. Bu əsgərlər, İraqdakı siyasi vəziyyətə real təsir göstərə bilər"
“Terrorçuların tamamilə məhv olmaması Amerikalıların marağındadır" deyən eş-Şarifi, "Bu, Amerika əsgərlərinə xarici bir ölkədə yerləşmək üçün bir bəhanə verir" - deyə əlavə edib.
Müxalifət.az