Çavuşoğlundan ABŞ-a “şirin” dillə sərt mesaj

Baxış sayı:
2698

ABŞ prezidenti Tramp rəhbərliyinin iki Türk nazirə sanksiya qalmaqalından sonra Ankara, qərara eyni misli ilə cavab versə də, bu yöndə fəaliyyətlərini dayandırmayıb. Bununla bağlı son görüş XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ABŞ-lı həmkarı Mayk Pompeo arasında Sinqapurda baş verib.
 
İNCİRLİK VƏ İZMİR BAZALARI MASADA
 
Çavuşoğlunun, “Türkiyədən təzyiq və təhdidlə heç kim bir şey əldə edə bilməz. Gərginliyi artırmağa davam etsəniz alacağınız bir çox cavabla yanaşı, İncirlik və İzmir Hava Bazalarının vəziyyətini də nəzərdən keçirmək məcburiyyətində qala bilərik” deyərək, bir çox mesaj verdiyi ortaya çıxıb:
 
ARTIQ KEÇMİŞ TÜRKİYƏ YOXDUR
 
“Türk ədliyyəsinin verdiyi qərara qarşı nazirlərimizə hüquqsuz bir sanksiya tətbiq etmək, Türk millətinin səssiz qalmayacağı bir hadisədir. ABŞ-ın bu hərəkətinə qarşı, hökmən bir cavab veriləcəkdir. Müttəfiqliklə və hüquqla uyğun gəlməyən qərarlarınızı yenidən nəzərdən keçirməyinizi təklif edirik. Artıq qarşınızda keçmiş Türkiyə yoxdur. Gücünü birbaşa millətdən alan qərarlı bir liderimiz var. Müttəfiqliyə və hüquqa zidd sanksiyalara qarşı verəcəyimiz reaksiyalar sizi təəccübləndirəcək”.
 
ƏRDOĞANIN AÇIQLAMALARI TÜRK MİLLƏTİNİN REAKSİYASIDIR
 
Axşam qəzetinin məlumatına görə, Çavuşoğlu, Pompeoya iki ölkə arasında dırmanan gərginlik və ABŞ-ın sanksiya hədələrinə qarşı Türk ictimaiyyətində ciddi narahatlığın yarandığını bildirib. Başda FETÖ və PKK terror təşkilatları ilə mübarizədə qarşıya çıxan daxili işlər naziri Soylu və ədliyyə naziri Gülə qarşı sanksiya qərarının, Türk ictimaiyyətində qəzəblə qarşılandığını və böyük təpkilərə yol açdığını bildirən Çavuşoğlu, prezident Ərdoğanın açıqlamalarının da millətin haqlı reaksiyasının bir ifadəsi olduğunu vurğulayıb.
Müxalifət.az