Myanmada torpaq sürüşməsi 23 nəfəri öldürdü
30-07-2018 11:39
Baxış sayı:
1774

Myanmanın şimalında torpaq sürüşməsi 23 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, sürüşməyə istifadə olunmayan mədən divarının çökməsi səbəb olub. Bildirilir ki, mədən "Ayeyar Yadanar Company" şirkətinə məxsus olub.
Daha öncə 27 nəfərin itkin düməsi elan edilmişdi. Daha sonra 23 mədənçinin meyiti torpaq altından çıxarılıb, 4 nəfərin taleyi isə məlum deyil.
Qeyd edək ki, bundan öncə iyulun 14-də regionda böyük torpaq sürüşməsi baş vermiş, 10 nəfər ölmüş, 43 nəfər xəsarət almışdı.