Rusiya rəsmi parad zamanı DÜNYAYA RƏZİL OLDU - Ekskluziv VİDEO
29-07-2018 20:33
Baxış sayı:
5749

Sankt-Peterburqda keçirilən Hərbi Dəniz Qüvvələrinin paradı zamanı “Serna” adlı desant kateri “Blaqoveşensk” körpüsünün dayaqlarından birinə çırpılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə RT informasiya yayıb.
Məlumata görə, qarşıda gedən gəmilərin yaratdığı axın kateri körpüyə tərəf aparıb. Nəticədə katerin sol tərəfi körpünün dayaqlarından birinə çırpılıb. Toqquşmadan sonra kater kursunu düzəldərək hərəkətinə davam edib.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi dairəsinin mətbuat xidməti parad zamanı hər hansı qəzanın yaşanmadığını bildirərək faktı təkzib edib.