​Çində dəhşətli yağışlar: 86 ölü

Baxış sayı:
3664

Çində Muson yağışları can almağa davam edir.
Muxalifet.az xəbər verir ki, seldə indiyə qədər 86 nəfər həyatını itirib, 13 nəfər itkin düşüb.
Şiddətli yağışlar nəticəsində 2,18 milyon hektar sahə suyun altında qalıb, 30 min evə zərər dəyib.
Daha çox maddi ziyan və can itkisinin qarşısını almaq üçün xüsusi komandalar təşkil edilib.