​Türkiyəyə qarşı belə bir rəftar indiyədək olmayıb - CHP

Baxış sayı:
2674

Tramp "tvit" yolu ilə və ya kobudluq göstərərək hədə-qorxu ilə ABŞ xarici siyasətində bir sıra beynəlxalq məsələləri həll edə biləcəyini düşünür. Bəzən uğur da alınır. Amma bunu Türkiyəyə qarşı ilk dəfə həyata keçirir. Muxalifet.az xəbər verir ki, bunu CHP-nin İstanbuldan olan millət vəkili Ünal Çeviköz söyləyib. "Trampın Türkiyəyə qarşı bu siyasətini tətbiq etməsi Türkiyəni çox kiçik göstərdi. Təəssüf ki, bu çox kədərli bir vəziyyətdir. Türkiyə belə bir rəftara layiq bir ölkə deyil. Türkiyəyə qarşı belə bir rəftar indiyədək görülməyib", - Çeviköz vurğulayıb. Qeyd edək ki, ABŞ lideri Donald Tramp Endryu Bransonun dərhal azadlığa buraxılmasını Türkiyədən tələb edib.