Rəsmi Bakıdan Pakistandakı terakta - Reaksiya
25-07-2018 20:11
Baxış sayı:
4336

Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi.
Muxalifet.az xəbər verir ki, bunu Tvitter hesabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Bu terror aktı çoxlu sayda günahsız insanın həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk", - qeyd edib.