​“BİZ REKLAM ETMƏYİ SEVMİRİK” - Türkiyədən Amerikaya CAVAB

Baxış sayı:
3667

Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin əməkdaşı Başak Yalçın başda ərəb ölkələri olmaqla, heç Türkiyənin də ABŞ qədər Fələstinə yardım eləməmələri ilə bağlı Amerika tərəfindən səsləndirilən tənqidə “Biz humanitar və inkişaf üçün yardımlarımızın reklamını edən və bu məsələ ilə bağlı özümüzü öyən millət deyilik. Fələstin və fələstinli qaçqınlara etdiyimiz yardımlar UNRWA təşkilatına töfhələrimizlə məhdudlaşmır. Maraqlananlar üçün etdiyimiz yardımların detallarını paylaşmaqla fəxr edirik, lakin bunu da xatırlatmaq istəyirik – Qlobal Humanitar Yardım Proqramına görə, Türkiyə 8,7 milyardlıq vəsaitlə humanitar yardım sahəsində lider ölkədir. Milli gəlirin əsasında tərib edilən siyahıda 0,85 faiz ilə dünyanın ən comərd ölkəsidir”.
ABŞ Təhlükəsizlik Şurasında Fələstin probleminin müzakirə edildiyi iclasda çıxış edən Yalçın bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyilinin “ABŞ Fələstin xalqına zəngin ərəb ölkələri, Türkiyə və bəzi başqa ölkələrdən daha çox yardım edib” çıxışının cavabında söyləyib.
Heyli demişdi: “Burada, BMT-də ehtiyac içərisində olan, minlərlə kilometr uzaqlıqdakı Fələstin xalqı adından edilən çıxışların sayı-hesabı yoxdur. Ölkələr ard-arda Fələstin xalqı ilə həmrəylik mesajları verirlər. Bu sözlər məktəblərdə, xəstəxanalarda və Fələstinin küçələrində bir işə yarasaydı, Fələstin xalqı bu gün burada danışdığımız çarəsiz şərtlərlə üzbəüz qalmazdı... Burada, Nyu-Yorkda edilən çıxışlar bir fələstinli uşağı geyindirib yedirtmir”.
Nikki Heyli ötən il İran, Əlcəzair və Tunisin UNRWA-ya yardımının “sıfır”, Pakistan və Misirn 20 min dollar məbləğində olduğunu, “böyük-böyük danışan” Çinin 350 min, Rusiyanın 2 milyon dollar, Küveytin 9 milyon, BƏƏ-nin 12,8 milyon, Türkiyənin isə 6,7 milyon dollar yardım elədiyini, ABŞ-ın isə təşkilata 364 milyon dollar məbləğində dəstək verdiğini deyib.
ABŞ-ın 1993-dü ildən bəri fələstinlilərə 6 milyard dollardan artıq yardım elədiyini söyləyən Heyli demişdi: “Bir qismi çox zəngin olan ərəb ölkələri fələstinlilərə nə qədər yardım edib? Bu, ABŞ-ın elədiklərinin yanında heç bir şeydir”.
Qeyd edək ki, xanım Heyli müasir dünyamızda insanlarının torpaqlarını əllərindən alıb, onlara “susmaq payı” olaraq ianə (həmçinin, çadır şəhərciklərində yaşayan insanlara genetik quruluşu dəyişdirilmiş, kütləvi qırğın silahı olan ərzaq maddələri) verməyin əvəzinə, onları tarixi yurdlarından didərgin salan qüvvələrə yardımı kəsməyin zərurəti barədə kəlmə də kəsməyib.