Kəşfiyyat məlumatı gəldi, MİT, TSQ və ASO hərəkətə keçdi

Baxış sayı:
3796

Bu gün Suriyanın Azez bölgəsində, PYD lideri terrorçular tərəfindən Afrində partlayış törətmək üçün hazırlanan bir bombalı avtomobil MİT, TSQ və Azad Suriya Ordusuna aid təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan birgə əməliyyatla zərərsizləşdirilib.
 
Türkiyə Kəşfiyyat qruplarının təqibində olan terrorçuların hazırladıqları bombalı avtomobil, Münbiç zonasından “Fərat Qalxanı” Hərəkatının keçirildiyi ərazilərdən gətirilməyə çalışılıb. Və buradan Afrinə göndərilməsi nəzərdə tutduğu bildirilib.
TSQ-nin Afrini ələ keçirməsindən sonra regionu qeyri-sabitliyə məruz qoymaq istəyən PYD /PKK terrorçularının Afrinə qarşı terror aksiyaları keçirmək istədikləri bildirilir.
Bombalı maşının ələ keçirilməsi, ondan sonra bombanı məhvetmə mütəxəssisləri tərəfindən zərərsizləşdirildiyi, maşının gizli bölmələrinə çoxsaylı plastik partlayıcı yerləşdirilərək təsirinin artırılması üçün mina və borucuq ilə möhkəmləndirildiyi bildirilib.

Müxalifət.az