Trampdan qalmaqal sözlər!

Baxış sayı:
3427

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qalmaqal ifadələr işlədib. Tramp, Qüds məsələsində dövlət başçılarının ona yalvardığını deyib.
 
Tramp, Kanzasda Müharibə Veteranları Milli Konqresində çıxış edib.
Ondan əvvəlki prezidentlərin ABŞ səfirliyinin Qüdsə köçürülməsi istiqamətində sözlər verdiyini, amma heç birinin bu vədi yerinə yetirmədiyini deyən Tramp, "Bunun səbəbini anlayıram. Vaxtı gələndə və insanlar bu barədə dedi-qoduları duymağa başlayanda, mənə yalvaran, bunu etməməyimizi istəyən dünyanın hər tərəfindən, hər liderdən telefonlar zəngləri yağırdı. Haqlı olaraq mən də zənglərə heç vaxt cavab verməmişəm. Ancaq Qüdslə bağlı vədimi yerinə yetirəndən sonra onlara zəng etdim" deyib.
Sələflərinə xaricdən Qüds məsələsində böyük təzyiq edildiyini dilə gətirən Tramp, belə davam edib:
“Krallardan, dövlət başçılarından, diktatorlardan telefon zəngləri gəlirdi. Hamısından telefon zəngləri gəlirdi. Nə ilə əlaqədar olduğunu bildiyimdən “onlara gələcək həftə zəng edəcəm, deyin”, deyirdim. Sonra onlara zəng edib, bu məsələdə nə qədər belə həssas olduqlarını bilmədiyimi və artıq çox gec olduğunu deyirdim".
ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürülməsindən ən çox Xristian Evangeliya təriqət üzvlərinin sevindiyini bildirən Tramp, "Bunu etdik. Bununla fəxr edirik. Keyf edin" deyə, söyləyib.
Müxalifət.az