ABŞ Senatı Rusiyaya qarşı hərəkətə keçdi

Baxış sayı:
3373

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Rusiyaya qarşı sanksiyaları artıran və "Rusiya Təhlükəsinə Qarşı Milli Müqavimət Mərkəzi" ilə Xarici İşlər Nazirliyi nəzdində "Sanksiya Əlaqələndirici Təşkilatı" qurmağı nəzərdə tutan bir qanun layihəsi hazırlayır.
 
Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem ilə Nyu Cersi senatoru Demokrat Bob Menendezin üzərində çalışdığı layihə yaxın günlərdə səsverməyə təqdim olunacaq.
Senatorların ofislərindən verilən birgə yazılı açıqlamada, sözügedən layihəylə Rusiyaya yönəlik mövcud sanksiyaların həyata keçirilməsində Konqresin fəal rol almasının təmin olunması və Moskvaya qarşı yeni sanksiyalar tətbiq edilməsi məqsədi güddüyü bildirilib.
Açıqlamada, "Vladimir Putinin Amerikanın gücü, təsiri ilə daxili və xarici təhlükəsizlik maraqlarına meydan oxumaq niyyətini açıq etdiyi kimi, ABŞ olaraq millətimizi müdafiə edəcəyimizi olduqca açıq bir şəkildə göstərməliyik və Rusiyanın gələcəyi üçün strateji bir zərurət olaraq gördüyü Qərb demokratiyasını zəiflətmək cəhdlərinə qarşı çıxmaqda tərəddüd etməməliyik" deyə, bildirilib.
Senatorların açıqlamasında, layihədə Rusiyanın enerji və maliyyə sektoru ilə yanaşı, Rus dövlət borclarına, oliqarxiya və kiber fəaliyyətlərinə qarşı əlavə sanksiyaların olacağı qeyd edilib.
Müxalifət.az