Azərbaycanda Çili səfirliyi açılacaq
24-07-2018 22:07
Baxış sayı:
4729

Latın Amerikasının Azərbaycanda iştirakının günü-gündən artan aktivliyi bizi sevindirir.
Muxalifet.az-ın xəbərinə görə, bunu Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo ölkəsinin milli günü münasibətilə keçirilən tədbirdə deyib.
Xanım Qalindo artıq keçən il Azərbaycanda Peru səfirliyinin açıldığını xatırladıb və bildirib ki, bu ilin ikinci yarısında Bakıda Çili səfirliyinin açılışı gözlənilir.