​"Azərenerji" "Azərişıq"ı təkzib etdi: Sabah işıq olacaq...

Baxış sayı:
4855

“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilib ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: "Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".