​Düz bağırsağından 100 qram narkotik çıxdı

Baxış sayı:
4843

Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.
Vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 6 ədəd bükümdə ümumi xalis çəkisi 102,245 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.