İRAN İDXALATDA TÜRK LİRƏSİNDƏN İSTİFADƏ ELƏMƏK QƏRARI VERDİ

Baxış sayı:
4696

Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İranın millət vəkili İlyas Həzrəti, ABŞ sanksiyaları səbəbindən dərmanların və tibb ləvazimatlarının türk lirəsi və Çin yuanı vasitəsilə aparılacağını bildirib. Həzrəti bildirib ki, ABŞ bank sektorundakı sanksiyaları səbəbindən Səhiyyə Nazirliyi yuan və lirə vasitəsilə ticarət edəcək.
İran Məclisinin İCANA informasiya agentliyi bildirib ki, Həzrəti dərmanların və tibbi ləvazimatın alınmasında lirədən istifadə edən idxalçıların heç bir problemlə qarşılaşmadıqlarını söyləyib. Həzrəti deyib: “Türk şirkətləri İran və riyal vasitəsilə ticarət eləmək imkanı yaradacaq bir razılaşmaya hazırlaşırlar”.