​Türk qırıcıları havaya qalxdı: Şimali İraqda əməliyyat

Baxış sayı:
3598

Türkiyə aviasiyası Şimali İraqda təyin olunmuş hədəfləri məhv edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, Türkiyə qırıcıları İraqın şimalındakı Avaşin, Basyan, Zap və Hakurk bölgələrinə aviasiya zərbələri endirib. Hava əməliyyatı nəticəsində separatçı terror qruplaşmasına məxsus sığınacaq, döyüş mövqeyi, sursat anbarı kimi istifadə olunan hədəflər məhv edilib.