Bakıda “ZİL” “QAZel”ə çırpıldı, Çoxsayda yaralılar var
20-07-2018 10:09
Baxış sayı:
3691

İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.