Aleksandr Duqin FETÖ-nin iç üzünü açdı

Baxış sayı:
3418

Rus strateqi və siyasətşünas professor Aleksandr Dugin, 15 iyul dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı açıqlama verib.
 
Beynəlxalq Çevrilişlə Mübarizə və 15 iyul Simpoziumunun “Avrasiya Münasibətləri Fonunda 15 iyul” toplantısında Aleksandr Dugin, FETÖ-nun 15 iyul dövlət çevrilişi cəhdinin uğurlu olduğu təqdirdə Türkiyənin İraq və Suriyadakı kimi, bir daxili müharibəyə sürüklənmiş olacağını söyləyib.
 
ƏRDOĞAN İDARƏ OLUNMAQ İSTƏMƏYƏNDƏ, DÜYMƏYƏ BASDILAR
 
Siyasi təzyiqlərlə bu işi bacara bilməyəcəklərini anlayan FETÖ-çuların son çarə olaraq çevrilişə əl atdığını, ancaq Rəcəb Tayyib Ərdoğan və Türk toplumu qarşısında məğlub olduqlarını xatırladan Aleksandr Dugin, "Fətullah Gülən, ABŞ-dakı globalcıların bir parçası idi. Globalistlər üçün hər şeyin məhv edilməsi lazımdır. Avrasiyaçılıq, çoxqütblülük işarəsi daşıyan hər şeyin sökülməsini istəyirlər" deyib.
“Onlara görə təkcə bir sistem var, o da liberal və Qərb sistemi. Liberal olmaqdan başqa şansınız yoxdur, deyirlər" deyən, Dugin, "Ərdoğan, Rusiya ilə yaxşı münasibətlər quranda, milli dəyərləri müdafiə edəndə, ABŞ və ya globalistlər tərəfindən idarə edilmək, idarə olunmaq istəməyəndə əslində qərar verilmişdi. Ərdoğanın getməsi və Türkiyənin yox edilməsi üçün düyməyə basıldı - deyə, qeyd edib.
Duqinin fikrincə, FETÖ, ölkə üzərində hakimiyyət əldə etmək istəyirdi, amma ölkəni idarə etmək üçün deyil, ölkəni məhv etmək və Amerikalılara satmaq üçün: “Amma qəhrəman bir lider və ən nəhayət qəhrəman Türk xalqı qalib gəldi”.
Müxalifət.az