Adnan Oktarın ədliyyədəki köstəbəyi də yaxalandı
17-07-2018 09:41
Baxış sayı:
3163

Adnan Oktarın cinayət təşkilatının ədliyyədəki köstəbəkləri müəyyən edilərək yaxalanıb. Təşkilatla əlaqəli İstanbulda vəzifəli bir əmlak idarəsinin rəisi də saxlanılıb. Oktar təşkilatına qarşı əməliyyatda Mehmet Alp Ünlü yaxalanıb.
Bununla da İstanbul Polis İdarəsi Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşlarının Adnan Oktarın cinayət təşkilatına qarşı apardığı əməliyyatda nəzarətə alınanların sayı 187-yə çatıb. Adnan Oktara məlumat sızdırdıqları müəyyən edilən Üsküdar Rayon Polis İdarəsində vəzifəli polis məmurları O.Ö. və O.U.nun nəzarətinə alınmasından sonra, dövlət vəzifəlisi olaraq bir notarisu rəisi, əmlak idarəsinin rəisi və bir katibin də nəzarətə alınanlar arasında olduğu bildirilib.
Müxalifət.az