Trampdan NATO Sammitində damğa vuran sözlər
17-07-2018 08:58
Baxış sayı:
3079

Brüsseldəki NATO Sammiti ABŞ mətbuatında müzakirə edilməyə davam edir. CBS telekanalında proqrama qatılan Amerikalı jurnalist İan Bremmer, Trampın zirvəyə damğasını vuran anlarını ictimaiyyəti ilə bölüşüb. NATO liderlərinin müdafiə büdcəsində artıma getməməsinə görə, Trampın çox qəzəbli olduğunu bildirən Bremmer, "Trump toplantıda liderlərdən daha çox xərc üçün öhdəlik ala bilmədi. Bir çoxu parlamentdən icazə almalıyıq, davam edən bir prosesimiz var, sizə daha çox xərcləyəcəyimizi söyləyə bilmərik, deyirdi. Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana döndü və belə dedi: Ərdoğandan savayı heç kəs işini düzgün görmür. Sonra da Ərdoğanla yumruq toqquşdurdu" deyib. Müxalifət.az