Tramp Putinə rusiyalı idmançının maykasını verdi
16-07-2018 22:19
Baxış sayı:
4732

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Vaşinqton Kapitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov məlumatında deyib: "Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb".
Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa DÇ-2018-in rəsmi topunu bağışlayıb.