Ən sürətli soyğun — 10 saniyədə 27 min dollar
16-07-2018 20:20
Baxış sayı:
4810

ABŞ-ın Kaliforniya ştatında bir qrup oğru “Apple” mağazasını soyub.
Muxalifet.az xəbər verir ki, 4 nəfərlik qrup 10 saniyə ərzində 8 kompüter oğurlayaraq aradan çıxıb. Kompüterlərin ümumi dəyəri 27 min dollardır.
Mağaza müştərilərlə dolu olan anda 4 maskalı şəxs hücum edib. Üzlərini maska ilə örtən hücumçular 10 saniyə ərzində 8 kompüteri götürərək qaçıb. Qapıda müştəri onların qarşısını almağa çalışsa da, onu itələyərək qapıdan çıxan hücumçular yoxa çıxıblar.
Hazırda polis oğruları müəyyənləşdirməyə çalışır.