​Türkiyə "Patriot" sistemləri almaq üçün ABŞ-la danışıqlar aparır

Baxış sayı:
4489

Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri satın almaq üçün danışıqlar aparır.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.  
Dövlət Departamentinin siyasi və hərbi əlaqələrə məsul olan nümayəndəsi Tina Kaydanou Türkiyənin Rusiyadan almaq istədiyi S-400 zenit-raket komplekslərinə alternativ olaraq “Patriot” sistemlərinin satışı üçün Ankara ilə müzakirə aparıldığını açıqlayıb