"OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər" - İranlı nazir

Baxış sayı:
4354

İranın neft naziri Bijan Namdar Zanqane bəyan edib ki, Next İxrac Edən Ölkələri Bilrliyinin (OPEC) üzvləri öhdəliklərini yerinə yetirməsə, təşkilatın effektivliyi aşağı düşə, 60 illik tarixə malim qurum dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər. 
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 
Nazir onu da deyib ki, ötən ay bəzi üzv ölkələr OPEC+ razılaşma çərçivəsində müəyyən olunmuş kvotadan çox neft hasil ediblər.