Ərdoğan, zirvə görüşü öncəsi Trampla telefon danışığı aparıb

Baxış sayı:
4438

Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Tramp, Münbiç və terrorçuların ekstradisiyası ilə bağlı bu gün əhəmiyyətli bir telefon danışığı aparıb.
 
Telefon danışığında, Brüsseldəki NATO Sammitində müzakirə olunan məsələlərin təqibinin əhəmiyyətinə toxunan iki lider, Suriyadakı hadisələr haqqında da fikir mübadiləsi aparıb.
Ərdoğan, Tramp ilə Rusiya prezidenti Vladimir Putinin bu gün Helsinkidə keçirəcəkləri görüşlə bağlı da uğurlar diləyib.
Danışıqda, Münbiç mövzusundakı ortaq yol xəritəsinin həyata keçirilməsinin, Suriya məsələsinin həlli üçün əməkdaşlığa mühüm töhfə verəcəyi vurğulanıb.
Türkiyə-ABŞ arasındakı ədliyyə məsələlərinə də toxunulub. Prezident Ərdoğan və ABŞ prezidenti Tramp, ikitərəfli əməkdaşlığı hər sahədə daha da inkişaf etdirmək qətiyyətlərini ifadə ediblər.
Müxalifət.az