Çökmüş yola görə iki marşrutun istiqaməti dəyişdirilib
15-07-2018 21:27
Baxış sayı:
1699

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsi ilə əlaqədar olaraq iki marşrutun istiqaməti dəyişdirilib.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib”, – deyə məlumatda qeyd olunub.