​"Astana" "Qarabağ"ın liderlərini niyə transfer etdi? - Açıqlama

Baxış sayı:
1702

Pedro bir sıra çempionatlarda oynayıb, təcrübəsi çoxdur. Ötən mövsümü Azərbaycanın "Qarabağ" klubunda keçirib.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri “Astana”nın prezidenti Sayan Həmidjanov komandanın yeni transferi Pedro Enrike haqda danışarkən deyib.
Klub rəhbəri “Sports.kz”a açıqlamasında “Qarabağ”ın sabiq braziliyalı yarımmüdafiəçisi haqda müsbət fikirlər səsləndirib:
“Pedro “Qarabağ”ın təkcə daxili yarışlarda yox, Çempionlar Liqasının qrup mərhələsində də liderlərindən biri idi. Maraqlıdı ki, Enrike bizim daha öncə müqavilə bağladığımız Riçard Almeyda ilə meydada yaxşı anlaşır. Onun Avropa çempionatlarında 5 mövsüm keçirməsi, avrokuboklarda qrup mərhələsində çıxış etməsi, yüksək ustalıq səviyyəsini əsas meyar götürərək bu transferi etdik. Pedronun gəlişi ilə "Astana"da hücum xəttində rəqabətin artacağına və braziliyalının öz oyunu ilə azarkeşlərimizi sevindirəcəyinə ümid edirik".