Çin hökumətindən mediaya - ABŞ qadağası
14-07-2018 20:40
Baxış sayı:
1504

Çin hökuməti ABŞ-la aralarındakı ticarət müharibəsi barədə məlumat yayan media orqanlarına diqqətli olmaları barədə növbəti dəfə xəbərdarlıq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ”Cənubi Çin Səhər qəzeti” məlumat yayıb.
Qəzet rəhbərliyə yaxın media qurumlarına vəziyyətlə bağlı informasiya yaymağa icazə verildiyini bildirib.
Çin hökumətinin xalqın iqtisadi vəziyyətdən dolayı panikaya qapılmaması üçün belə addım atdığı bildirilir.
Qeyd edək ki, ABŞ 6 iyuldan etibarən bir sıra Çin mallarına 25% dəyərində idxal rüsumu tətbiq etməsi nəticəsində tarixin ən böyük ticarət müharibəsini başladıb. Bundan öncə də Çin mediasına Tramp barədə sərt xəbərlər yaymamaq barədə xəbərdarlıq edilib.