İran bu ölkəyə uçuşları dayandırdı
14-07-2018 20:03
Baxış sayı:
1567

İran İraqın Nəcəf hava limanına uçuşları təhlükəsizlik səbəbi ilə dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, İranın "Aviasiya" təşkilatının sözçüsü Rıza Cəfərzadə hazırda Nəcəf hava limanına təhlükəsiz uçuş həyata keçirilməsinin mümkün olmadığını bildirərək, problem aradan qaldırıldığı zaman uçuşların yenidən bərpa ediləcəyini söyləyib.
Tehranın beynəlxalq İmam Humeyni hava limanının rəsmisi Əli Rüstəmi isə Nəcəfə hərəkət etməsi nəzərdə tutulan bəzi sərnişin təyyarələrinin Bağdad istiqamətində yönləndirildiyini bildirib.
Qeyd edək ki, bir necə gündür İraqda işsizliyə və elektrik kəsintisinə görə etiraz aksiyaları keçirilir. Nəcəf hava limanı da bu aksiyalar zamanı hücuma məruz qalıb.