​Adnan Oktar ilk ifadəsini verdi: “DƏLİ DEYİLƏM” - AZƏRBAYCANDA ŞİRKƏTLƏRİ VARMIŞ

Baxış sayı:
5017

Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədə həbs edilən saxta “din xadimi” Adnan Oktar ilk ifadəsində dəli olmadığını, 60 ədədə yaxın sağlamlıq kağızı olduğunu bildirib. Dünən onun Çengelköy məntəqəsində yerləşən villasında qazıntı işləri aparılıb, polis tərəfindən 200 milyon lirə məbləğində pulu axtarılıb. Cinayətkar şəbəkənin şantaj və təhdid yolu ilə ayda 10 milyon dollara yaxın pul topladığı bəlli olub.
62 yaşlı Adnan Oktar rəhbəri olduğu təşkilatın üzvlərinin adına 86 ədəd saxta şirkət açıb. Azərbaycan, Çin, Qətər və Dubayda həmin saxta şirkətlər vasitəsilə ticarət edilib. Təşkilat ayda 10 milyon dollar qazanır, bundan ayda 200 min dollarını istifadə elədiyi villaların kirayəsinə ödəyirmiş. Adnan Oktarın cinayətkar şəbəkəsinə daxil olmaqda şübhəli bilinən 235 nəfərdən 192-si yaxalanıb. 43 nəfər şübhəli axtarışdadır. İstintaqa indiyə qədər 82 nəfər zərərəkən cəlb edilib. “Kediciklər” adlandırılan 106 qadın şübhəlidən 105 nəfəri həbs edilib. Qadınların əksəriyyəti etirafçı olublar. Etiraflara görə dırnaqarası “təmiz”, “əxlaqlı”, inandırma qabiliyyətinə malik, zəngin, təhdilli təşkilat üzvləri qadınları lüks məkanlarda “yüksək qazanc, televiziyaya çıxmaq və şöhrət” vədləri ilə yoldan çıxarıblar. Qadınlar təşkilarda “İmama Bacılar qrupu” adlandırılıblar və bir başa Oktara tabe olublar. Məhdudiyyətsiz dərəcədə itaət eləməyə məcbur ediliblər. Çirkin münasibətlərə cəlb edilmiş, gizli fotoları və videoları çəkilmiş, şantaj edilmişlər. Etiraz edənlərin saçları kəsilib, onlara işgəncə verilib, cariyəyə çevriblər.
P.S. Adnan Oktarın Azərbaycandakı şaxələnməsi barəsində məlumat üçün baxın:
https://twitter.com/kedileaks/status/1006283876682096641