Ərdoğan açıqladı: DAHA BİR FETO-çu PAKETLƏNDİ

Baxış sayı:
1438

Belçikada iki gün davam edən NATO sammitində iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə, jurnalistlərlə söhbət edib. Ərdoğan, xaricdə yaxalanaraq Türkiyəyə gətirilən FETÖ-çular haqqında önəmli açıqlamalar verib. Ərdoğan bu məsələdə bir müjdə daha verib.
 
Prezident Ərdoğan FETÖ-çuların tutulması ilə bağlı “Daxili İşlər Nazirliyimiz var, kəşfiyyat, təşkilat başqanlıqlarımız var. Bunları onsuz da onlar qovalayır. Baxın, Kosovoda da olsa, Azərbaycanda da, Ukraynada da olsa, tutub gətiririk. Ukraynadan bir dənə də gələcək. Bunları daim təqib edirik. Hara qaçmış olsalar da, bunlardan əl çəkməyəcəyik. Bunlar çözülənə, tökülənə qədər onların izlərini buraxmayacağıq. Allah bizi inşallah bu məsələdə tək qoymayacaq” deyə, bildirib.
Müxalifət.az