Rusiyadan bomba İsrail-Səudiyyə Ərəbistan iddiası!

Baxış sayı:
1687

Rusiyada nəşr olunan “Pravda” qəzeti, Təl-Əvivin Səudiyyə Ərəbistanına nüvə silahı istehsalı üçün məlumat verdiyini açıqlayıb.
 
Hərbi nüvə silahlar mütəxəssisi Əməl Deur-Oun, regionda nüvə silahlanma yarışının olduğunu bildirib. İsrail təhlükəsizlik qurumunun Amerikaya aid “Raytheon” hərbi avadanlıq və silah şirkəti üzərindən Səudiyyə Ərəbistanının nüvə silah istehsalına maliyyə yardımı etdiyini deyib.
İsrail ilə Səudiyyə Ərəbistanı arasında nüvə silah istehsalında əməkdaşlıq olduğunu və əlaqələrin daha da genişləndiyi, münasibətlərin İranın nüvə fəaliyyətinə qarşı inkişaf etdiyi vurğulanıb. Buna qarşılıq olaraq İran İslam Respublikası, İsrail rejimi kimi nüvə silahı heç vaxt istehsal etmədi. Amerikanın tək tərəfli olaraq nüvə müqaviləsindən çəkilməsinə baxmayaraq, Tehran, digər ölkələr ilə nüvə danışıqlarına davam etmə qərarı almış və öhdəliklərinə bağlı olduğunu təkrarlayıb.
“Pravda” qəzetinin digər bir iddiası isə Səudiyyə Ərəbistanının nüvə silah istehsalında uğurlu olduğu təqdirdə bu silahların terror təşkilatlarının əlinə keçmə riskidir. Ər-Riyad uzun bir müddətdir ki, bölgədə sələfi və vəhhabi terror təşkilatlarını dəstəkləməkdədir.
Müxalifət.az