Rusiyadan Yunanıstan həmləsi! BÖHRAN BÖYÜYÜR

Baxış sayı:
1549

Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganas, 2 Rus diplomatın deportasiya edilməsi və 2 diplomata da ölkəyə giriş qadağası gətirilməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Rusiya Xarici İşlər Nazirliyi, Yunanıstanın Moskvadakı səfiri Andreas Friganası çağıraraq, Rus diplomatlara deportasiya və giriş qadağa qərarına qarşı Moskvanın təpkisini bildirib. Nazirlik, bu qərarın arxasında ABŞ-ın olduğunu bildirib.
Nazirlikdən bildiriblər ki, "Görüşdə heç bir əsas olmadan alınan bu qərarla bağlı Yunanıstanın təqdim etdiyi sübutun yer almadığı, ikitərəfli əlaqələrin təbiətinə zidd xarakter daşıdığı və münasibətlərə ciddi zərər verəcəyi vurğulanıb".
Bəyanatda həmçinin "Yunanıstanın Rusiyaya qarşı aldığı, NATO Sammitinin açılışı ilə eyni vaxta təsadüf edən bu qərarın arxasında Vaşinqtonun olduğu aydındır. ABŞ Xarici İşlər Nazirliyindən gələn bu addımı dəstəkləyən açıqlama da bunu göstərir" deyə, qeyd edilib.
Müxalifət.az