ABŞ-a meydan oxudular! HƏRƏKƏTƏ KEÇDİLƏR

Hindistan müdafiə naziri Nirmala Sitharaman, ABŞ-ın təzyiqlərinə baxmayaraq Hindistanın Rusiyadan S-400 Triumf hava müdafiə sistemi alacaqlarına dair aparılan danışıqlara davam edəcəyini deyib.
Hindistan mətbuatında yer alan xəbərə görə, Sitharaman mətbuat nümayəndələrinə verdiyi açıqlamada, Yeni Dehli və Moskvanın S-400 hava müdafiə sisteminin alınması ilə bağlı müqavilənin son mərhələsinə gəldiyini qeyd edib.
ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Qarşı Qoyma Qanunu (CAATSA) ilə bağlı, Sitharaman bunun ABŞ qanunu olduğunu, BMT qanunu olmadığını bildirib.
Sitharaman, Hindistanı ziyarət edən ABŞ Konqres nümayəndə heyətinə Rusiya ilə uzun illərə söykənən münasibətlərə malik olduqlarını və bu əlaqələri inkişaf etdirəcəklərini dediklərini dilə gətirib.
Hindistan həm ABŞ, həm də Rusiya ilə yaxın hərbi iş birliyindədir. Son 30-40 ildə ölkənin hərbi ehtiyaclarının mühüm bir hissəsi Rusiya tərəfindən qarşılanıb.
Qeyd edək ki, ABŞ Konqresi bu ilin əvvəlində Rusiyanın Amerika seçkilərinə müdaxilə etdiyinə dair iddialardan sonra CAATSA qanununu qəbul edib. Qanun, ABŞ-ın Rusiyadan silah satın alan müttəfiq ölkələrə sanksiya tətbiq ehtiva edir.
Müxalifət.az