Təyyarədən enən kimi həbs olundular!
14-07-2018 09:20
Baxış sayı:
1978

Pakistanın keçmiş baş naziri Navaz Şərif və qızı Maryam Şərif, ölkəyə qayıdış zamanı “Lahore” Hava Limanında həbs olunublar.
Navaz Şərif və qızı, ailənin Londonda satın aldığı dörd mənzilin alınmasında korrupsiya ilə ittiham olunduqları üçün həbs olunublar. Navaz Şərif və qızı Məryəmin xüsusi bir təyyarə ilə paytaxt İslamabada aparıldığı qeyd olunub.
Müxalifət.az