​ABŞ "dərin dövlət"i Trampın görüşünü "zəhərlədi" - Politoloq

Baxış sayı:
3316

ABŞ dövlət aparatı ("dərin dövlət" də demək olar) bu görüşdən ən azı məmnun deyil və Trampın Putinə hansısa məsələdə güzəştə gedə biləcəyindən ehtiyatlanaraq, həm Trampa mesaj göndərir, həm də görüş öncəsi atmosferi zəhərləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-da xüsusi prokuror Müllerin apardığı təhqiqat çərçivəsində Böyük Jürinin 12 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürməsinə münasibət bidirən politloq Şahin Cəfərli deyib. O bildirib ki, bu şəxslər Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (keçmiş QRU) əməkdaşlarıdır:
"Onlar ABŞ-dakı prezident seçkiləri ərəfəsində Demokrat Partiyası və Klintona qarşı haker hücumunun təşkilində ittiham olunur. Daha əvvəl isə bilavasitə hakerlərin özlərinə rəsmi ittiham irəli sürülmüşdü. Məsələnin Böyük Jüriyə çıxarılması Müllerin kifayət qədər sübut topladığını göstərir. Türkiyəlilər demişkən, zamanlama "manidar". Çünki üç gün sonra Tramp - Putin görüşü var".
Politoloq qeyd edib ki, bir neçə gün əvvəl isə Senatın Kəşfiyyat Komitəsi Rusiyanın seçkilərə müdaxiləsi barədə apardığı təhqiqatın ilkin nəticələrini açıqlayaraq, Moskvanın seçkidən əvvəl Klintona mane olmağa və Trampa kömək etməyə çalışdığını bildirib:
"Onlar hətta bu barədə kifayət qədər sübutların olduğunu da bəyan edib".